Paytaxtın Binəqədi rayonu ərazisində qətl törədilib. Binəqədi Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində rayonun A.Gəraybəyli küçəsi, 37 ünvanında qeydə alınıb. Sözü gedən ünvanda yaşayan, 55 yaşlı Pirdas Sunqayeva yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirilib. Onun kimin tərəfindən və hansı məqsədlə öldürüldüyü məlum deyil. Mənzilin qarət edildiyi istisna edilmir.
Hadisə yerində Binəqədi rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu tətqiqat aparır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Ilahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB