Əmisinin evindən oğurluq edən şəxs həbs olunub

Əmisinin evindən oğurluq edən şəxs həbs olunub

Saatlı polisi əmisinin evindən oğurluq edən şəxsi həbs edib. SİA-nın Aran bürosuna məlumat verən polis şöbəsinin rəsmisi Qərib İsmayıl bildirib ki, Saatlı rayon Qara Nuru kənd sakini Əhmədov Alim Möhübbət oğlu əmisi Əhmədov Ələkbərə əvvəlcədən hazırladığı plan əsasında axşam saatlarında evin arxa pəncərəsindən otağa daxil olub. Bir müddət axtarış etdikdən sonra otaqdan 1000 manat pul oğurlayaraq qaçıb. A. Əhmədov evdən qaçarkən oğurladığı pulları tələsdiyi üçün cibindən yerə düşürüb. Saatlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu edən şəxsin kimliyi müəyyən edilib. Alim Əhmədov törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Saatlı polisində Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə