Naxçıvanda hərbi avtomobil dağdan aşıb: 1 ölü, 9 yaralı

Naxçıvanda hərbi avtomobil dağdan aşıb: 1 ölü, 9 yaralı

Bu gün axşam saatlarında Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Resbuplikasındakı hərbi hissələrindən birinə məxsus hərbi avtomobil dağdan aşıb. Hərbi mənbələrdən verilən məlumata görə, qəza zamanı avtomobildə olan əsgərlərdən biri ölüb, 9 əsgər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralılar xəstəxanaya yerləşdirilib.


Məlumata görə, qəza əsgərləri daşıyan maşın təlimdən qayıdarkən baş verib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə