Hadisə rayonun "Qarasaqqal" adlanan ərazisində qeydə alınıb. 1988-ci il təvəllüdlü Kəlbəcər rayonunun Qanlıkənd sakini Abbasov Bəxtiyar Dağbəyi oğlu 1987-ci il təvəllüdlü Abbasova Gülnar Zabil qızını yaşadıqları adı çəkilən ərazidə qətlə yetirib. Belə ki, ər həyat yoldaşının baş nahiyəsinə qoşa lülə ov tüfəngi ilə atəş açaraq öldürüb. Sonra isə könüllü olaraq Samux rayon Prokurorluğuna gələrək təslim olub.
İlkin dindirilmə zamanı mərhum B. Abbasov arvadının ona xəyanət etdiyini iddia edib. Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB