Kürəkən qaynını bıçaqladı - FOTO

Kürəkən qaynını bıçaqladı - FOTO

Hacıqabulda kürəkən qaynını bıçaqlayıb. SİA-nın Aran bürosuna hadisə barədə məlumat verən Hacıqabul polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Bəxtiyar Qurbanov bildirib ki, rayon sakini 1972-ci il təvəllüdlü Rəhimov Natiq İmdad oğlu qaynı, 1986-cı il təvəllüdlü Şükürov Aqil Nurəddin oğlunu aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirib. Yaralı ağır vəziyyətdə Şirvan mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə qayının kürəkəni söyməsi səbəbindən baş verib və saxlanılan Natiq Rəhimov törətdiyi hadisədən peşman olmadığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam edir.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə