“Hundai” markalı avtomobilin sürücüsü axtarılır

“Hundai” markalı avtomobilin sürücüsü axtarılır
Yasamal rayonu "Qanlıköl" deyilən ərazisində dövlət nömrə nişanı olmayan "Hundai" markalı avtomobilin iki nəfəri vurub qaçması polis əməkdaşlarını hərəkətə gətirib. Bakı şəhər Polos İdarəsindən SİA-ya verilən məlumat görə, qəza nəticəsində Mehman Quliyev və anası Mehparə Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda zərərçəkmişlərə xəstəxanada tibb yardım göstərilir. M. Quliyevin vəziyyəri orta ağır qiymətləndirilir. Zərərçəkmişlər artıq polisə ifadə veriblər. Onlar bildirib ki, naməlum sürücü onları xuliqanlıq zəminində bilərəkdən vurub.
Faktla bağlı cinayət işi qaldırılıb, "Hundai"ın sürücü axtarılır.

Bütün xəbərlər Facebook səhifəmizdə