Sabirabadda ağır yol qəzası baş verib - FOTO

Sabirabadda ağır yol qəzası baş verib - FOTO

Ötən gecə saat 21:00 radələrində Sabirabad rayonu ərazisində 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Hacıqabul-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində Sabirabad rayonunun Navadan kəndi ərazisində Şirvan şəhər sakini 1949-cu il təvəllüdlü Bəbirov Rəhim Əflan oğlunun idarə etdiyi "VAZ 21011" markalı 54 BD 531 dövlət nömrə nişanlı maşınla İmişli rayon sakini 1962-ci il təvəllüdlü Əhmədov Mirqəni Seyidmuxtar oğlunun idarə etdiyi "Mercedes" markalı 10 SG 464 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə "VAZ 21011"in sürücüsü və ailə üzvləri, 1953-cü il təvəllüdlü Bəbirova Zəminə Əflan qızı və 1983-cü il təvəllüdlü Soltanova Könül Rəhim qızı xəsarət alaraq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYP-nin istintaq bölməsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə