Türkiyədə torpaq sürüşməsi: 2 ölü, 5 yaralı

Türkiyədə torpaq sürüşməsi: 2 ölü, 5 yaralı

Türkiyənin Manisa şəhərinin Qayacıq ərazisində şiddətli yağışlar nəticəsində meydana gələn torpaq sürüşməsi biri uşaq olmaqla 2 nəfərin ölümünə, 5 adamın isə yaralanmasına səbəb olub. SİA-nın xəbərinə görə, yaralılar təcili olaraq Gördes Dövlət xəstəxanasına aparılıb. Fövqəladə Hallar Nazirliyi isə hadisə yerində işlərin davam etdirildiyini bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə