Avtomobil at arabasını vurub - FOTO

Avtomobil at arabasını vurub - FOTO

Sabirabad rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna məlumat verən DYP inspektoru Malik Tarverdiyevin verdiyi məlumata görə, Hacıqabul-Bəhrəmtəpə yolunun 15-ci kilometrliyində at arabası ilə gedən Sabirabad rayon Nizami kənd sakinlərini Saatlı rayon sakini Məmmədov Samir Cümşüd oğlu idarə etdiyi "VAZ 21053" markalı 10 HK 783 dövlət nömrə nişanlı maşınla arxadan ara məsafəsi saxlamadığı üçün vurub.

Nəticədə 1954-cü il təvəllüdlü Sabirabad rayonun Nizami kənd sakini Hacıyeva Gözəl Xanoğlan qızı aldığı xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə hadisə yerindən qaçıb. Polisin əməliyyat axtarış tədbirləri nəticəsində S. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə