Paytaxda soyğunçuluqla məşğul olan dəstə ələ keçdi

Paytaxda soyğunçuluqla məşğul olan dəstə ələ keçdi

Paytaxtın D.Əliyev küçəsində naməlum şəxs Türkiyə vətəndaşı Taşkıncelal Akkoyunu döyərək, zor tətbiq etməklə gümüş boyunbağısını alıb. Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Anar Əmirov, qardaşı Elməddin, Sübhan Niftəliyev və Bakı şəhər sakini Qismət Osmanov oktyabrın 9-da tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırmalar aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə