Bakıda avtomabillərə qənim kəsilən şəxs saxlanılıb

Bakıda avtomabillərə qənim kəsilən şəxs saxlanılıb

Oktyabrın 9-da Biləcəri qəsəbəsində oğurluq hadisəsi baş verib. Qəsəbə sakini Sərxan Cəfərova məxsus "Vaz-2107" markalı avtomobildən 3 ədəd təkər oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin və 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elsevər Məmmədov qəsəbə ərazisində "Tofaş" markalı 10-NO-125 nömrəli avtomobili idarə edən zaman saxlanılıb, avtomobillin yük yerindən keçirilən baxış zamanı Sumqayıt şəhər sakini Elməddin İsayevə məxsus "Mersedes" markalı avtomobilin 10-KJ-058 dövlət nömrə nişanları aşkar edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə