Cəbhə xəttində atəş səsələri eşidilir

Cəbhə xəttində atəş səsələri eşidilir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 9-da saat 13.00-dan 13.30-dək, 15.30-dan 16.00-dək və 19.20-dən 19.50-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 13.20-dən 13.25-dək və oktyabrın 10-da saat 00.55-dən 01.00-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə