Qardaşının həyat yoldaşını bazar günü qətlə yetirən Canbala Atababayev polis əməkdaşları tərəfindən tutulub. Bu barədə Trend-ə Sabunçu rayon prokurorluğundan bildirilib.
Sabunçu rayon polis idarəsindən daha əvvəl verilən məlumata görə, rayon Kürdaxanı qəsəbə sakini Canbala Atababayev odlu silahla qətl hadisəsi törədərək VAZ 2107 markalı avtomobillə qaçıb.
Atabalayev qardaşının həyat yoldaşını Mətanət Məlikovanı "Vinçester" markalı silahla qətlə yetirib.
Məlumata görə, onun tutulması uçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanılıb. Bakıda bu gün səhər saatlarından polis gücləndirilmiş iş rejiminə keçmişdir. Paytaxtda bütün istiqamətlərdə silahlı polis postları qurulmuşdur. Faktla bağlı rayon prolurorluğunda "Qəsdən adam öldürmə" və "Qanunsuz odlu silah gəzdirmə" maddələri ilə cinayət işi başlanmışdır.
Yerli mühafizə orqanlarından bildirilib ki, qatilin tutlması məqsədi ilə paytaxtın qonşu rayonlarında da əlavə polis postları qurulmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB