Bakıda qəza: 4 nəfər həyatını itirdi

Bakıda qəza: 4 nəfər həyatını itirdi

Bakıda baş verən yol qəzalarında 4 nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, oktyabrın 8-i saat 02:20 radələrində Atatürk prospektində Bakı şəhər sakini Ceyhun Hüseynzadə idarə etdiyi "Mercedes" markalı avtomobili divara çırpıb, nəticədə sürücü aldığı xəsarətdən dünyasını dəyişib. Digər bir yol nəqliyyat hadisəsi isə N. Yusifbəyli küçəsində qeydə alınıb ki, burada da Bakı şəhər sakini Elşən Hüseynov idarə etdiyi "Hyundai Tucson" markalı avtomobillə Salyan rayon sakini Gülbəniz Abbasovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən dünyasını dəyişib.Yeni Dairəvi yolda Sumqayıt şəhər sakini Mirağa Babayev idarə etdiyi "Mercedes" markalı avtomobili çəpərə vurub və qəza nəticəsində sürücü hadisə yerindəcə keçinib.

Bütün xəbərlər Facebook səhifəmizdə