Salyan sakinləri bir-birilərini baltaladılar

Salyan sakinləri bir-birilərini baltaladılar

Salyan şəhər sakinləri arasında baş verən münaqişənin sonu ağır olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, oktyabrın 6-da saat 16:00 radələrində Salyan şəhəri ərazisində, şəhər sakini Tərlan Hüseynov ilə həmyerlisi Valeh Quliyev arasında baş vermiş münaqişə zəminində onlar biri-birinə bıçaq və balta ilə xəsarət yetiriblər.

Nəticədə hər iki şəxs xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə