Lerik rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, Elnur Nağıyev ağacla döyülərək öldürülüb.
Dəhşətli qətl hadisəsi Lerik rayonunun Sos kəndində törədilib. Belə ki, kənd sakini Tural Meydiyev bibisi oğlu Mirsadiq Abdullayev və onun qohumu Elnur Nağıyevlə birlikdə yeyib-içiblər. Sonra onlar Sos kəndinə gedərkən yolda Tural Mehdiyevlə Elnur Nağıyev arasında mübahisə düşüb. Bu zaman Tural yerdən götürdüyü ağac parçası ilə onun başına zərbələr endirib. Elnur Nağıyevi xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB