Saatlı rayonunda azyaşlı oğlan özünə qəsd edib. Rayon Prokurorluğundan SIA-ya verilən məlumata görə, şəhər sakini olan 13 yaşlı Zülfüqar Əliyev özünü asıb. Orta məktəbin 7-ci sinif şagirdinin meyiti oktyabrın 4-də sintetik iplə asılmış vəziyyətdə aşkarlanıb.
Azyaşlının özünə qəsd etməsinin səbəbləri məlum deyil. Mərhumun orta məktəb şagirdi olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB