Antalyada terrorçu-kamikadze özünü partladıb

Antalyada terrorçu-kamikadze özünü partladıb

Türkiyənin Antalya şəhərinin Kəmər rayonunda terror aktı törədilib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze özünü polis idarəsinin binası önündə partladıb. Partlayış nəticəsində terrorçu ölüb, 2 nəfər xəsarət alıb. Partlayışa görə məsuliyyəti Türkiyədə fəaliyyət göstərən heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Verilən son xəbərə görə, hazırda törədilən terror hadisəsi ilə bağlı təhqiqat aparılır, polis terrorçunun şəxsiyyətini müəyyənləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə