Yaşayış binasında uçqun baş verib

Yaşayış binasında uçqun baş verib

Hindistanın paytaxtı Nyu Deli şəhərində uçqun olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, beşmərtəbəli yaşayış binasının uçması nəticəsində, 5 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Dağıntılar altında daha 20 nəfərin qaldığı bildirilir.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. İlkin ehtimala görə, uçquna yaxınlıqda aparılan tikinti işləri səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə