Saxta pullardan ehtiyatlı olun!

Bakı şəhər Baş Polis İdarəsinin NMİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyevdən 1 qramdan artıq narkotik vasitə olan heroin və üzərinə baxış keçirilərkən 5 manatlıq saxta əskinas aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əməliyyat tədbirləri nəticəsində onun həmin əskinası Nazir Süleymanov adlı şəxsdən əldə etdiyi müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində N.Süleymanov da tutulub və ondan 8 ədəd saxta 5 manatlıq əskinas aşkar edilib. N.Süleymanov isə həmin əskinasları Binəqədi qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Seymur Yusifovdan əldə etdiyini bildirib.

Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində S.Yusifov yaxalanıb və onun yaşadığı evdən 2 ədəd saxta 20 manatlıq əskinas və saxta əskinasların hazırlanmasında istifadə etdiyi printer, skaner, kserokopiya aparatı, xətkeş, kəsici alət və kağızlar aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə