Goranboyda dəhşətli qəza: 4 sərnişin dünyasını dəyişdi, 5 nəfər yaralandı - FOTOSESSİYA

Goranboyda dəhşətli qəza: 4 sərnişin dünyasını dəyişdi, 5 nəfər yaralandı - FOTOSESSİYA

Bakı-Gəncə magistral yolunun 300 km - də Goranboy rayon ərazisində ağır yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, "VAZ 21 06" markalı 90 LU 407 dövlət nömrə nişalı avtomobil "VAZ 21 011" markalı 04 BC 315 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə Tovuz rayon skinləri – 1989-cu il təvəllüdlü Abuzərov Samir Cümşüd oğlu, 1970-ci il təvəllüdlü Mustafayeva Aləmzər Əsjər qızı, 1986-cı il təvəllüdlü Umarov Rəşad Sahib oğlu, Umarov Sahib Haqverdi oğlu yenrindəcə dünyasını dəyişib.

Hadbsə zamanı avtomobillərdə olan sərnişinlər - Zülfiyyə Umarova Vidadi qızı, Umarova Zemfira Güləhməd qızı, Mustafaeva Şəbnəm Əvəz qızı və Tovuz rayon sakini Hüseynov Nəriman Elman oğlu ağır vəziyyətdə Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə