Xəzər Rayon Polis İdarəsinin 1-ci və 2-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Orduyev yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma nəticəsində müəyyən edilib ki, o, bu il müxtəlif vaxtlarda Şağan, Mərdəkan, Buzovna, Şüvəlan qəsəbələrində Fuad Nəzərovun, Sevda Kazımovanın, Aqil Cəfərlinin, İlqar Şükürovun, Rüstəm Səfərovun, Namiq Qurbanovun, İsaxan İsaxanlının, Alik Abdullayevin, Emil Abbasbəylinin, Günay Zeynalovanın yaşadığı evdən pul, qızıl-zinət və digər əşyalar oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB