Ötən gün Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən körpü yenidən uçub. SİA-nın ərazidə olan müxbirinin verdiyi məlumata görə, qəza vəziyyəti yaranmasına baxmayaraq avtomobillər çətinliklə də olsa hərəkət edə bilib. Axşam saatlarında körpüdə vəziyyət kritik həddə çatıb. Ağır yük daşıyan "Kamaz" uçan körpüdən Kür çayına düşmə təhlükəsi ilə üzləşib. Bundan başqa 2 minik avtomobili də tıxacda toqquşub. Körpünün üzərində hərəkət iflic vəziyyətinə düşüb.
34 saylı Yol İstismar İdarəsinin əməkdaşları körpüdə hazırda bərpa işləri görürlər. Körpünün bu gün açılacağı bildirilir. Xatırladaq ki, həmin körpüdə qəza halları tez tez müşahidə olunur. Lakin hələ də yeni körpünün inşasına başlanılmayıb
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB