Qəza törədən sürücü hadisə yerindən qaçıb - FOTO

Qəza törədən sürücü hadisə yerindən qaçıb - FOTO

Sabirabad rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, sərxoş halda olan Zəngilan köçkünü, hazırda Sabirabad rayonunda məskunlaşmış sürücünün idarə etdiyi "Mercedes" markalı 64 BA 851 nömrə nişanlı avtomobil "Kamaz" markalı Saatlı sakini Tarverdiyev Qüdrət İsbər oğlunun idarə etdiyi 49 BE 492 nömrə nişanlı yük maşını ilə toqquşub.

Nəticədə "Kamaz" yoldan çıxaraq aşıb. "Mercedes"in sürücüsü hadisə yerinə gələn vətəndaşların köməkliyi ilə avtomobildən zorla çıxarılıb. Xəsarət alan və hadisədə günahkar hesab olunan sürücü hadisə yerindən yaxınlarının köməkliyi ilə qaçırılıb. Bunu hadisə yerinə gələn 113 təcili yardım stansiyasının həkimləri bildirib. Hadisə zamanı "VAZ 2107" markalı "90 XV 267" nömrə nişanlı avtomobil zədələnib. Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə