Bu gün günorta saatlarında Hacıqabulun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, Bakı Qazax yolunun 108-ci kilometrliyində hərəkətdə olan 2 mersedes markalı avtomabil toqquşub.
Belə ki, sürücü Bakı sakini 1985-ci il təvəllüdlü Hacıyev Rauf Rüstəcəb oğlunun idarə etdiyi "Mercedes" markalı 90 KH 924 nömrəli avtomaşın öz yolunda hərəkət edən zaman arxadan gələn Saatlı rayon sakini sürücü Süleymanov Xalid Ələsgər oğluna məxsus "Mersedes-Benz" markalı 10 OE 290 nömrəli avtomabillə ötmə qaydasını pozması nəticəsində qəza baş verib. Nəticədə Saatlı sakini Xalid Ələsgərovun maşını aşaraq yoldan çıxıb. Maşında olan sərnişinlər - 1954-ci il təvəllüdlü Saatlı sakini Ağayeva Nazilə Seyfulla qızı və Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Mahmudova Rahilə Kamil qızı xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB