Yevlax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın Qarabağ üzrə bölgə müxbirinə rayon polis şöbəsindən verilən məlumata görə, ötən gün gecə saatlarında Bakı-Qazax yolunun 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində "Mercedes" markalı avtomobil traktora çırpılıb. Minik avtomobilinin sürücüsü 35 yaşlı Nizami Atakişiyev ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, hadisəyə səbəb "Mercedes"in sürət həddini aşması olub.
Faktla əlaqədar BDYPİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB