"Sərhəd 2001" əməliyyatı

Daxili İşlər Nazirliyi "Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri barədə növbəti məlumat açıqlayıb. SIA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində Qusar rayonu ərazisindən 1 ədəd "Naqan" tipli tapança, 4 ədəd ov tüfəngi, 1 ədəd fişəng, 1 ədəd qumbara, 1 ədəd qumbara alışdırıcısı və 347 ədəd müxtəlif çaplı patronlar, Şəki rayonunun Vərəzət kəndi ərazisindən 1 ədəd "AKM" silahı, 1 ədəd qaz tapançası, 1 ədəd ov tüfəngi, 5 ədəd qumbara, 5 ədəd qumbara alışdırıcısı və 539 ədəd müxtəlif çaplı güllə tapılıb.

Oğuz rayonu ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 240 kiloqram olan 886 ədəd çətənə kolu yığılaraq məhv edilib.Qax rayonu ərazisindən 1 ədəd "AKS" silahı, 1 ədəd qumbara, 1 ədəd qumbara alışdırıcısı, 64 ədəd güllə və 3 ədəd güllə darağı tapılıb."Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə