Sumqayıtda qətl hadisəsi törədilib

Sumqayıtda qətl hadisəsi törədilib

Sumqayıtda 56 yaşlı məcburi köçkün qətlə yetirilib. Bu barədə SİA-ya Sumqayıt şəhər polis idarəsinin rəis müavini Azər Cahangirov bildirib. O, hadisənin sentyabrın 22-də saat 18.00 radələrində Corat qəsəbəsində yerləşən Mədəniyyət Evinin qarşısında qeydə alındığını söyləyib. Qubadlı rayonundan olan məcburi köçkün, 56 yaşlı Əbülfət Məhəmməd oğlu Şıxəliyev Corat qəsəbə sakini 23 yaşlı Ağakərim Həsən oğlu Abdullayev tərəfindən bıçaqlanıb. Aldığı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralını xilas etmək mümkün olmayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən A. Abdullayev tutulub. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə