Mahaçqalada avtomobilin partlaması 21 nəfərin həyatına son qoyub

Mahaçqalada avtomobilin partlaması 21 nəfərin həyatına son qoyub

Mahaçqalada baş vermiş iki partlayışda xəsarət alanların sayı 21-ə çatıb. SİA-nın xəbərinə görə, bu barədə Dağıstanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Hər iki partlayış şəhərin mərkəzi meydanı yaxınlığında Yermoşkin və Daxadayev küçələrinin tinində 15 dəqiqə fərqlə baş verib. Hər iki partlayıcı qurğu avtomobillərin altında və ya içərisində olub.

Xəsarət alanlardan 17-si polis, 4-ü isə mülki şəxsdir.

Bütün xəbərlər Facebook səhifəmizdə