Maşın oğrusu yaxalandı

Gəncə polisi iki avtomobili oğurlayan birini isə oğurlamağa cəhd edən şəhər sakinini həps edib.Əməliyyat hüquqmühafizə orqanı əməkdaşlarına edliən şikayyət ərziəsi əsasında həyata keçirilib. Belə ki, sabah saatlarında Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə Həsənov Roman Ramiz oğlu müraciət edjərək bildirib ki, ona məxsus 35 BB 726 dövlət nömrə nişanlı avtomobil yaşadığı mənzilin həyətindən oğurlanıb.Təxminən yarım saat sonra isə adıçəkilən polis idarəsinə eyni motiv üzrə Əliyev Fazil Mustafa oğlu ərizə daxil olub. Sənəddə bildirilir ki, 51 BC 724 dövlət nömrə nişanlı avtomobil yaşadığı binanın qarşısından qaçırılıb. Təxminən 1 saat sonra eyni aqibətlə şəhər sakini Məmmədov Zakir Qəmbğər oğlu üzləşib. Xoşbəxtlikdən oğru bu dəfə onun avtomobilini qaçıra bilməsə də içərsindən müxtəlif əşyaları qarət edə bilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğru 1988 ci il təvvəllüdlü İmsayılov Tural Mussa oğlu tutulub. İlkin dinlirilmə zamanı avtomobil ustası olan oğru cinayyəti içkili vəziyyətdə törətdiyini bildirir. Hazırda faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində cinayyət işi açılıb araşdırma aparılır.

İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə