Şirvan şəhərində avtamabil qəzasında 1 nəfər xəsarət alıb. SİA-nın Aran bürosunun məlumatına görə bu gün saat 16:30 radələrində Şirvan şəhərinin M. Rəsulzadə prospektində Şirvan sakini 1977-ci il təvəllüdlü sürücü Qafarov Bəxtiyar Maşalla oğlunun idarə etdiyi Qazel markalı 52 BF 798 nömrəli avtomaşınla, 1960-cı il təvəllüdlü sürücü Zeynalov İbad Ələmdar oğlunun idarə etdiyi VAZ 2106 markalı 10 CS 219 nömrəli avtomabil toqquşub. Nəticədə İbad Zeynalov xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Hadisənin baş verməsində günahkar avto ekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı Şirvan polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
İqbal Mikayılov.
İqbal Mikayılov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB