Türkiyədə daha bir Polis Akademiyasına silahlı hücum olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bitlis şəhərinin girişində yerləşən akademiyanı PKK-lılar iri çaplı pulemyotlardan atəşə tutublar.
Hücum əsnasında 1 kursant şəhid olub, 1-i isə ağır olmaqla 4 nəfər yaralanıb. Bitlis valisi Nurəddin Yılmaz dağlıq ərazidən açılan atəş nəticəsində yaralananların təcili olaraq Bitlis Dövlət Xəstəxanasına çatdırıldığını deyib: \"Qara rəngli, 34 HF 7879 dövlət nömrə nişanlı avtomobildən səhər 09.00 radələrində akademiyanın bağçasında olan kursantlara iri çaplı silahlarla hücum təşkil edilib. Hadisə zamanı 1 nəfər şəhid olub, 1-i ağır olmaqla 4 kursantımız da yaralanıb. Yaralılar Bitlis Dövlət Xəstəxanasında həkimlərin tam nəzarəti altındadır\".
Yılmaz ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri görüldüyünü və terrorçuların tutulması üçün əməliyyatların başladıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB