Dünən Lənkəran rayonun ərazisində yağan şiddətli yağışlar nəticəsində əmələ gələn sel sularının rayona vurduğu ziyanın aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər görülür. Rayonda gedən bərpa işlərinə yardım etmək üçün paytaxtdan kömək göndərilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hazırda daha ağır vəziyyət Günəhir kəndindədir. Sel daşqınları nəticəsində bu kənddə gedən körpünün dağılması nəticəsində kəndlə əlaqə kəsilib. Əhali işıqsızdır.
Lənkəranda yağmurlu hava şəraiti davam edir.
Vəziyyətlə bağlı məlumat almaq üçün Lənkəran rayon icra başçısının müavini Rövzəq Dadaşova müraciət etdik. Onun bildirib ki, rayonda yaranmış problemlərə yardım etmək üçün "Azəryolservis", "Azərenerji", Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməyə gəliblər: \"Əsas qüvvə sel nəticəsində sıradan çıxan körpülərin bərpasına yönəlib. Eyni zamanda yollar təmizlənir, selin zərər vurduğu fəsadlar aradan qaldırılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dəymiş zərəri aktlaşdırır.
Günehil kəndinin sakinləri hələ də işıqsızdır. Kənd körpüsü dağıldığından elektrik naqillərini bərpa etmək oraya işçi qüvvə göndərmək hələ də mümkün olmayıb. Hazırda kənddə gedən körpünün bərpa olunması istiqamətində işlərə başlanılıb. Kənd sakinlərinə ərzaq göndərilib. Axşama yaxın kəndə enerji verilişi də bərpa olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB