Ticarət mərkəzində oğurluq edən qadın saxlanılıb

Ticarət mərkəzində oğurluq edən qadın saxlanılıb

Sentyabrın 8-də Neftçilər prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Solmaz Quliyevanın içərisində 1000 manat, sənədlər, bankomat kartı olan əl çantası oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Sürəyya Balayeva sentyabrın 19-da yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə