Bakının Yasamal rayonunda ailə-məişət zəminində dəhşətli qətl hadisəsi törədilib. Kişi keçmiş həyat yoldaşının boğazını üzüb. Hadisə Abdulla Şaiq küçəsində, 179 saylı evin qarşısında törədilib. 22 yaşlı Saatlı rayon sakini Zülfiqarov Röyal Rövşən oğlu 19 yaşlı Zülfüqarova Fəridə Vüqar qızına və onun yanında olan tanışı, 23 yaşlı Mahmudov Fərid Məmmədağa oğluna bıçaqla bir neçə xəsarət yetirib. Fəridə Zülfiqarova aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib, Fərid Mahmudov isə ağır yaralanaraq 1 saylı xəstəxanaya yerləşdirilib. Röyal Zülfüqarov qanlı hadisəni törətdiyi bıçağı qətlə yetirdiyi Fəridənin cəsədinin yanında ataraq qaçıb.
Qətlin törədildiyi əraziyə Yasamal Rayon Polis İdarəsinin və 27-ci polis bölməsinin, eləcə də rayon prokurorluğunun əməkdaşları, ekspert-kriminalistlər gəliblər. Meyitə və hadisə yerinə baxış keçirilib və bəzi əhəmiyyət kəsb edən nümunələr götürülüb. Qətlin kim tərəfindən törədilməsi məsələsini və təfərrüatlarını araşdıran istintaqçılar cinayət hadisəsinin, dünyasını dəyişən Fəridə Zülfiqarovanın həyat yoldaşı Röyal Zülfüqarov tərəfindən törədildiyini müəyyən ediblər. Qeyd edək ki, evli olan Fəridə və Röyal bir müddət əvvəl rəsmən ayrılıblar. Onların birgə nikahdan bir övladları da var. Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi axtarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB