Lənkəranda sel həyatı iflic edib

Lənkəranda sel həyatı iflic edib

Lənkəran rayonunun dağətəyi yaşayış məntəqələrinə yağan leysan həyatı iflic edib. SİA-nın cənub bürosunun məlumatına görə, dağ çaylarından axan sel suları Lerik rayonu ilə həmsərhəd olan Yuxarı və Aşağı Təngivan, Osaküçə həmçinin Şovu kəndlərində 25 fərdi yaşayış evi üçün real təhlükə yaradıb. Xüsusi ilə Osaküçə kəndində vəziyyət gərgindir. 5 min əhalisi olan kəndin ortasından axan Veravul çayının üzərindəki 4 körpü sıradan cıxıb. Demək olar ki kənd iki yerə ayrılıb. Əhalinin bir biri ilə əlaqəsi tatmamilə kəsilib. Leysanın fəsadları Lənkəran-Lerik şose yolundan da yan keçməyib. Bir neçə yerdə baş verən torpaq sürüşmələri həmin yolda nəqliyyatın hərəkətini məhdudlaşdırıb.Lənkəran və Lerik rayonlarının fövqəladə hallar komissiyalarının rəhbərliyi ilə hazırda ağır texnika və canlı briqada kəndlərdə, Lənkəran-Lerik yolunda selin yaratdığı fəsadları aradan qaldırmağa səfərbər olunub. Leysan isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə