Bir gündə 52 cinayət

Bir gün ərzində 52 cinayət hadisəsi qeydə alınıb. Daxili işlər nazirliyinin rəsmi məkumatına görə onlardan 38-i dərhal açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər isə tutulub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 48 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə