Təfəkkür Unversitetinin prorektorunun qətlə yetirildiyi məlum oldu
Artıq Təfəkkür Unversitetinin prorektorununu ölümü ilə baglı ilkin rəy açıqlanıb. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin baş həkimi Namiq Məmmədov SİA-ya bildirib ki, Tariyel Əhmədovun meyitinin müayinəsi zamanı onun kəllə sümüyünün sınığı və başının müxtəlif nahiyələrində digər xəsarətlər aşkar edilib.
Baş həkimin sözlərinə görə, hələlik bu, ilkin rəydir və araşdırmalar davam edir. Qeyd edək ki, məlum hadisə bu gün səhər saatlarında Şərifzadə küçəsi-8 ünvanında qeydə alınıb. Həmin ünvanda naməlum kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında əraziyə əməliyyat qrupu gəlib. Meyitə ilkin baxış keçirən ekspertlər onun şəxsiyyətinin müəyyən edə biliblər. Məlum olub ki, dünyasını dəyişən şəxs Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovdur.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB