“Jora” ləqəbli avtoritet İmişlidə həbs olunub

İmişli polisi cinayətkar aləmdə tanınmış şəxsin üzərindən ən bahalı narkotik vasitə olan metadon aşkar edərək götürüb. SİA-nın Aran bürosuna İmişli polis şöbəsindən verilən məlumata görə, son aylarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və cinayətkarlığa qarşı mübarizə gücləndirilib.

İmişlidə keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində rayon sakini 1964-cü il təvəllüdlü, SSRİ idman ustası, kriminal aləmdə "JORA" ləqəbi tanınan avtoritet Şükürov İlham Mustafa oğlu saxlanılıb.

Üzərinə baxış keçirilən zaman 1 qramı 250-300 manat dəyərində olan metadon aşkar edilərək götürülüb. "Jora" ləqəbli avtoritet İmişli polisi tərəfindən saxlanılaraq barəsində həbs qəti imkan tədbiri seçilib.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB