Sərxoş sürücünün avtomobili işıq dirəyinə çırpılıb - FOTO

Sərxoş sürücünün avtomobili işıq dirəyinə çırpılıb - FOTO
Şirvanda şərxoş sürücü qəza törədib. SİA-nın Aran bürosunun məlumatına görə, ötən gecə saat 23:30 radələrində Şirvan şəhərində Heydər Əliyev prospektində sərxoş vəziyyətdə olan sürücü Hacıqabul rayon Rəncbər kənd sakini 1985-ci il təvəllüdlü Salahov Kamil Kamil oğlu "VAZ 2106" markalı 18 BD 994 nömrə nişanlı avtomobili sürətlə idarə etdiyi üçün idarəetməni itirərək yolun kənarında olan işıq dirəyinə çırpılıb.

Nəticədə sərxoş sürücünü avtomobildən yoldan keçən vətəndaşlar çıxarıblar. Sürücü xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Maşına ciddi ziyan dəyib, bir işıq dirəyi yerindən qopub.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB