Argentinada qatar qəzasında 11 nəfər həlak olub

Argentinada qatar qəzasında 11 nəfər həlak olub

Argentinada qatar sərnişin avtobusuna çırpılıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, qatar avtobusu platformaya qədər sürükləyib. Qəza nəticəsində 11 nəfər ölüb, 212 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağırdır.

İlkin ehtimala görə, günah avtobus sürücüsündə olub. O, qırmızı işığa məhəl qoymadan dəmir yolunu keçmək istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə