2011-ci ilin sentyabr ayının 12 və 13-də \"Katya\" tropik qasırğası Böyük Britaniya və Almaniyanın ərazisinə daxil olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, güclü külək, yağış və dolu ilə müşayiət olunan qasırğa Böyük Britaniyanın bir neçə rayonunda hökm sürüb. Nəticədə, elektrik xətləri sıradan çıxıb, ağaclar kökündən çıxaraq aşıb, nəqliyyat vasitələri isə zədələnib. İlkin məlumata görə, 1 nəfər ölüb.
Almaniyada isə 3 yaşayış məntəqəsində yaşayış evlərinin 80 faizi yararsız hala düşüb, avtomobil yolları su altında qalıb. Nəqliyyat vasitələrində çıxılmaz vəziyyətdə qalmış insanlar xilasedicilər tərəfindən xilas edilib. Ağacların qırılaraq dəmiryolu xəttinin üzərinə düşməsi səbəbindən qatarların hərəkəti dayandırılıb. Bir nəfərin öldüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB