Azərbaycanda bir gündə iki intihar hadisəsi baş verib. İlk intihar hadisəsi Bakının Qaradağ rayonunda baş verib. Qaradağ rayon prokuroluğundan SİA-ya verilən məlumata görə, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 4, ev 11- ünvanında yaşayan 1965-ci il təvəllüdlü Quliyev Faiq Rufulla oğlu evinin zirzəmisində özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Anoloji hal respublikanın ikinci paytaxtı sayılan Gəncə şəhərində baş verib. Baş prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 1982-ci il təvəllüdlü, Xəyalə İbrahimova Gəncə şəhərində yaşadığı evdə intihar edib. Ali təhsilli, subay olan Xəyalə sirkə turşusu içərək özünə qəsd edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB