Şəki şəhərində ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə ötən gün Şəki şəhərində baş verib.
Belə ki, Şəki şəhərində yaşayan Natiq Məmmədov ailə münaqişəsi zəminində arvadı Pərvanəyə, qayınanası Gülbahara, qayını Pərvizə və tanışı Bakı şəhər sakini Natiq Mahmudova bıçaqla xəsarət yetirib.
Pərviz isə aldığı bıçaq yarasına baxmayaraq N.Məmmədova dibçəklə xəsarət yetirib. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. N.Mahmudovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB