Samuxda iki azyaşlı uşaq yanaraq dünyasını dəyişib - FOTO

Samuxda iki azyaşlı uşaq yanaraq dünyasını dəyişib - FOTO

Samux rayonunda dəhşətli faciə baş verib. Həbilovlar ailəsinin iki övladı yanaraq dünyasını dəyişib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Samux rayonunun Kolayır kəndində Elşad Həbilova məxsus mənzildə qeydə alınıb.

Beşotaqlı mənzil yanaraq külə dönüb. Həmin vaxt evdə olan Qələndər Həbilov və onun qardaşı Rza Həbilov yanıb. Dünyasını dəyişən uşaqların birinin 3, digərinin isə 2 yaşı olub.

Hadisə yerinə Samux rayonu ilə yanaşı, Gəncə şəhər və Respublika Baş prokurorluğunun əməkdaşları gəlib. Hadisənin dəqiq səbəbləri araşdırılır. İlkin ehtimal kimi yanğına elektrik xəttində yaranmış qısa qapanmanın səbəb olduğu bildirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə