FHN Azərbaycan əsgərinin meyitinin tapılması ilə bağlı məlumat yayıb
Fövqəlada Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri ötən gün çayda boğulan Azərbaycan ordusunun əsgəri Firdovsi Əliyevin meyitini tapıblar.
SİA FHN-nin saytına istinadən xəbər verir ki, Tərtərçay çayının Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1992-ci il təvəllüdlü Əliyev Firdovsi Çingiz oğlunun axtarışları başa çatdırılıb. F.Əliyevin cəsədi batdığı yerdən 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:00-da başa çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB