Binəqədi rayonunda 16 mərtəbəli binada yanğın baş verib

Binəqədi rayonunda 16 mərtəbəli binada yanğın baş verib

Paytaxtın Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, yanğın nəticəsində yaşayış binasının 15-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan 3 otaqlı mənzildə 12 kv.m sahədə əşyalar yanıb. Yüksək temperaturdan mətbəxin lambrindən ibarət tavanının yanar konstruksiyaları 9 kv.m sahədə əriyib.


Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən 30 nəfər təxliyyə edilib, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə