FHN çayda boğulan əsgər barəsində məlumat yaydı

FHN çayda boğulan əsgər barəsində məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi sentyabrın 12-də Milli Ordunun əsgərinin Tərtər çayında boğulması ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tərtərçayın Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1992-ci il təvəllüdlü Əliyev Firdovsi Çingiz oğlunun axtarışları başa çatdırılıb.
F.Əliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə