\"Qazel\" və \"Kamaz\" markalı iki yük avtomobili toqquşub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakı şəhəri, Qaradağ rayonunda baş verib. Hadisə nəticəsində, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb \"Qazel\" markalı avtomobilin sürücüsü - 1986-cı il təvəllüdlü İmanov Samir Abbasəli oğlu həlak olub.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılıb vəziyyətdə qalan S.İmanovun cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB