Nərimanov rayonu ərazisində ana və 7 yaşlı uşağını avtomobil vurub

Nərimanov rayonu ərazisində ana və 7 yaşlı uşağını avtomobil vurub

Paytaxtın Nərimanov rayonu ərazisində 7 yaşlı uşağın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 11-də saat 23.50 radələrində Nərimanov rayonu ərazisində, Bakı şəhər sakini İsmayıl Əliyev \"VAZ-2107\" markalı avtomaşını idarə edərkən həmyerliləri Aynur Abdullayeva və onun oğlu 7 yaşlı Fəridi vurub.

Nəticədə xəsarət alan hər iki piayada xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq 7 yaşlı Fəridin həyatını xilas etmək mümkün olmayıb. A.Abdullayevanın vəziyyəti isə ağırdır. Hazırda baş verən hadisə ilə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə